Səməd Bəşirli: “Azərbaycan Yaşıl İnkişaf İndeksində Asiya regionu üzrə 10-cu yerdə qərarlaşıb”
“1992-ci ildə BMT-yə üzvlüyümüzdən bəri, Azərbaycan təşkilatın bir sıra ixtisaslaşmış qurumları, habelə Dünya Bankı ilə birgə layihələr həyata keçirir. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ötən 30 il müddət ərzində ümumi dəyəri 3,2 milyard ABŞ dolları olan 49 layihə icra olunub, hazırda 3 layihənin icrası davam etməkdədir. Bu istiqamətdə xüsusilə qeyd edim ki, İqtisadiyyat Nazirliyinin benefisiarlığı və Dünya Bankı ilə birgə həyata keçirilmiş yaşıl iqtisadiyyatı dəstəkləyən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurlu icrasına görə Dünya Bankının mükafatına layiq görülüb”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Dünya Bankının “Azərbaycan yaşıl inkişafa doğru” hesabatının təqdimatı məqsədilə keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası BMT-nin üzvü olan dövlətlərin 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş 17 məqsəd və 169 hədəfi özündə ehtiva edən “Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə 2030 Gündəliyi” təşəbbüsünə qoşulub, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə BMT-nin İqlim Dəyişmələri üzrə Paris Sazişi və Kioto protokolu ratifikasiya edilib:
“Bu qlobal təşəbbüslər üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu baxımdan ölkəmizdə DİM-lərin həyata keçirilməsində iqtisadi, sosial və ekoloji amillərin vahid formada inteqrasiyası, “yaşıl iqtisadiyyat”ın təşviqi xüsusi əhəmiyyətə malikdir.
Artıq qeyd olunduğu kimi, ölkəmiz tərəfindən regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabatın (2017, 2019 və 2021-ci illərdə) təqdim olunması, Azərbaycan Hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb və göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləyib. Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər üç ölkədən ikisini qabaqlayıb və Cənubi Qafqaz regionunda öz lider mövqeyini qoruyub.
Habelə, ekoloji sahədə həyata keçirilən tədbirlər və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə icra olunan layihələr nəticəsində Azərbaycan Yaşıl İnkişaf İndeksində (Green Growth Index) Asiya regionu üzrə 10-cu yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, bu indeksdə Türkiyə 18-ci, Ermənistan 21-ci, Qazaxıstan 25-ci, Tacikistan 30-cu yerdədir”.
Qurum rəsmisi ötən dövr ərzində qlobal geosiyasi gərginliyin davam etməsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və resessiya risklərinin artmasına da diqqət çəkib:
“Bütün bunlara baxmayaraq, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam edib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM 5,2 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 9,7 faiz artıb. 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çox vəsait yönəldilib. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının uğurla reallaşdırılması istiqamətində tədbirlər nəticəsində cari ilin on ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi 46,3 milyard ABŞ dolları təşkil edib, o cümlədən 23,1 milyard ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranıb. Qeyri neft-qaz ixracı 16,2 faiz artaraq 2,4 milyard ABŞ dolları olub”.