BMT: “Azərbaycana “Dayanıqlı İnkişaf Hesabatı”nda dəstək olmağa hazırıq”
“BMT Azərbaycana “Dayanıqlı İnkişaf Hesabatı”nda mövqeyinin daha da güclənməsi üçün dəstək olmağa hazırdır”.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva Bakıda keçirilən “Azərbaycan Qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbirdə deyib.
“Azərbaycan “Dayanıqlı İnkişaf Hesabatı - 2022” sənədində mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Hökumətin və bizim məqsədimiz Azərbaycanın mövqeyinin daha da yaxşılaşması ilə bağlıdır. Bugünkü tədbir isə İqtisadiyyat Nazirliyi və Dövlət Statistika Komitəsi ilə birgə təşkil edilib. Əsas məqsəd Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaqla bağlı ümumi nəticələrin qiymətləndirilməsidir. DİM “2030 Gündəliyi”inə uyğun olaraq qarşıya qoyulan hədəfə çatmaqda Azərbaycanın atdığı cəsarətli addımları, dövlət proqramlarını, qərar və fərmanlarla bu istiqamətdə görülən işləri alqışlamaq istərdim”, - deyə o qeyd edib.
V.Andreeva onu da bildirib ki, “2030 Gündəliyi”nin əsas komponenti məhz dəqiq məlumatdır:
“Bu gün biz çətinlikləri, məlumatlarda çatışmazlıqlar olan sahələri müzakirə etdik. Həmin məlumatların toplanması, statistik məlumatların əks olunması ilə əlaqədar BMT-nin göstərə biləcəyi dəstəyi kimi məsələləri müzakirə etdik. Nəticə etibarilə bizim əsas hədəfimiz əldə edilən nailiyyətləri müvafiq şəkildə qiymətləndirməkdir.
Statistik məlumat çatışmazlığı olan sahələr müəyyən edilib. Bir sıra istiqamətlər üzrə məlumatlar bir neçə il bundan əvvəl təqdim edilib. Məlumatların yenilənməsi ilə bağlı istiqamətlər təyin etdik. Bir qisim məsələlər var ki, bunları BMT agentlikləri, dövlət qurumları dəqiqləşdirməlidir. Bir sıra istiqamətlər var ki, bunlarla bağlı sorğular keçirilməlidir”.