Misir Prezidenti Qəzzadakı fələstinlilərin İsraildəki səhraya köçürülməsini təklif edir
“Müharibə başa çatanadək fələstinlilər Qəzza zolağından İsrailin Neqev səhrasına köçürülə bilər”.
“Report” “Ynet"ə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib.
Onun sözlərinə görə, fələstinliləri məcburi köçkün hala gətirmək mümkün olmayacaq: “Biz Fələstin məsələsinin aradan qaldırılmasına imkan verməyəcəyik”. O qeyd edib ki, Qəzza zolağında baş verənlər HƏMAS-a qarşı hərbi əməliyyat deyil, fələstinlilərin Misirə qaçması üçün təkandır.
Almaniya kansleri Olaf Şolts isə bildirib ki, rəsmi Berlin Fələstin məsələsində Misirin vasitəçilik səylərini dəstəkləyəcək: “Biz birlikdə müharibənin dəhşətli nəticələrini yumşaltmaq üçün hərəkətə keçmək istəyirik”.
Qeyd edək ki, İordaniya və Misir Qəzza zolağından olan qaçqınları qəbul etməyəcəklərini açıqlayıblar.