BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri seçilib
BMT Baş Assambleyası macar diplomat və siyasətçi Tsaba Korosini yekdilliklə 77-ci sessiyasının sədri seçib.
Əsas nitqində o, həmrəyliyə, ekoloji yanaşmalara və elmə arxalanaraq qlobal problemlərin həlli yollarını axtaracağına söz verib.
BMT-nin baş katibi Antonio Quterreş bu niyyəti alqışlayıb və qarşıdakı ayların beynəlxalq sistem üçün sınaq olacağını vurğulayıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrda işə başlayacaq. Korosinin mandatı isə 2023-cü ilin sentyabrında başa çatacaq.