Albaniya NATO ilə hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparır
Albaniya NATO ilə Adriatik sahillərində tikilməkdə olan Porto Romano limanında dəniz bazasının yaradılması üzrə danışıqlar aparır.
Bu barədə Albaniyanın Baş naziri Edi Rama açıqlama verib.
Rama mətbuat konfransında bildirib ki, sahil şəhəri Durres yaxınlığında yerləşən və ölkənin ən böyük limanı olaraq düşünülən Porto Romanonun hərbi və dəniz bazası ilə yanaşı ticarət sektoru da olacaq.
Onun sözlərinə görə, hərbi baza NATO və Albaniyanın birgə maliyyəsi ilə tikiləcək.
“Biz tezliklə Brüsselə qayıdıb öz təklifimizi müzakirə etməyə davam edəcəyik... Durres limanında NATO-nun hərbi dəniz bazasının yerləşdirilməsi ilə bağlı müzakirələrə davam edəcəyik”, - deyə Rama əlavə edib.