Almaniyanın XİN rəhbəri Ukrayna ilə bağlı Rusiya ilə danışıqların mümkünsüzlüyünü açıqlayıb
Yaxın gələcəkdə Ukraynadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq imkanları yoxdur.
“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild” və “Welt” nəşrlərinə birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlamazdan əvvəl danışıqlar yolu ilə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq cəhdləri edilib.
"Bunun cavabı 100 min əsgərin Ukraynaya yeridilməsi oldu. Mən istərdim ki, biz danışıqlar apara bilək. Amma hazırda söhbət sizin nə istədiyinizdən deyil, faktlarla üzləşməkdən gedir", - o deyib.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya ordusu Ukrayna ərazisini tərk etsə, vəziyyət dəyişə bilər.