Almaniya XİN: “Ukrayna heç bir halda ərazi güzəştlərinə getməməlidir”
Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, Ukrayna heç bir halda ərazi güzəştlərinə getməməlidir.
O, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Annalena Berbok vurğulayıb ki, Rusiya tərəfindən tutulmuş əraziləri güzəştə getmək, Ukraynanı təslim etmək müharibənin təşviqi ilə bərabər tutulmalıdır.
Qeyd edək ki, G7 ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində Münhendə geniş tərkibdə görüş keçirirlər.