“Oskar” almaq üçün tələblər dəyişir
2025-ci ildən başlayaraq “Ən Yaxşı Film” üzrə “Oskar” Mükafatına namizəd olan filmlər ardıcıl yeddi gündən çox kinoteatrlarda göstərilməlidir.
Bu barədə “The Hollywood Reporter” öz mənbələrin istinadla xəbər verib.
Bildirilir ki, yeni standart Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən kinoteatrları dəstəkləmək və striminq xidmətlərinin mövcudluğuna baxmayaraq, onların indiki dövrdə əhəmiyyətini vurğulamaq üçün qəbul edilib.
Tələb 2025-ci il yanvarın 10-dan qüvvəyə minəcək. Buna əsasən, distribyutorlar akademiyaya daha uzun filmlərin yayımını göstərən film buraxılışları planını təqdim etməli olacaqlar. Film icarəsi 24 yanvar 2025-ci ildən gec olmayaraq başa çatmalıdır.
Bundan əvvəl bildirilmişdi ki, 2024-cü ildən “Ən yaxşı film” nominasiyası üzrə mükafata müraciət edən filmlərin müəllifləri ən azı iki yeni standarta riayət etməlidirlər. Belə ki, ikinci planın aparıcı rolunu irqi azlıqların nümayəndəsi oynamalı, ikinci dərəcəli rolların ifaçılarının ən azı 30%-ni qadınlar, irqi, etnik, cinsi azlıqların nümayəndələri, yaxud fiziki məhdudiyyətli insanlar təşkil etməlidir.
Oxşar tələblər film üzərində işləyən digər şəxslərə də (texniki heyət, distribyutorlar, marketoloqlar, film distribyutorları və s.) aiddir.
Bundan əlavə filmin əsas mövzusunda həm də irqi, cinsi və ya fiziki məhdudiyyət məsələlərinə toxunmalıdır.
Mənbə: TASS