Lənkəran UNESCO-nun siyahısına salındı
- 10-11-2021, 11:36
- Dünya
Azərbaycanın Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi siyahısına daxil edilib.
““Azadsəs.com”” xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib. UNESCO-nun Baş direktoru Odre Azulenin qərarı ilə 49 şəhər Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub.
Şəbəkə yaradıcılığa əsaslanan şəhərləri - musiqi, incəsənət və sənətkarlıq, dizayn, film, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiyanı özündə birləşdirir.
Xatırladaq ki, Bakı 2019-cu ildən “dizayn” üzrə, Şəki isə 2017-ci ildən “sənət və sənətkarlıq” üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.