Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib
- 26-11-2020, 16:46
- Cəmiyyət
“Çeklərlə hesablaşma modelinin tətbiqi ilə təsərrüfat subyektlərinin hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Modelin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılıb”.
Mərkəzi Bankdan Oxu.Az-a verilən açıqlamada çek (qəbz) ilə ödəniş sisteminin Mərkəzi Bank tərəfindən tənzimlənməsi prosesi və sistemin tətbiqi haqda məlumat verilib.
Bildirilib ki, çekin özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Türkiyə modelində çeklə ticarətin maliyyələşdirilməsi aləti kimi aktiv istifadə edilir. Bununla da təsərrüfat subyektləri mal və xidmətlərin alışı zamanı hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Bu isə birbaşa iqtisadi aktivliyi dəstəkləməklə yanaşı, dövriyyələrdə nağd puldan istifadə zəruriliyini azaldır. İstifadəsinin asanlığı bu aləti həm alıcı, həm də satıcı iqtisadi subyekt üçün maraqlı edir.
Əlavə edilib ki, anoloji təcrübənin ölkəyə gətirilməsi istiqamətində aktiv iş aparılır. Bu mexanizmin ölkəmizdə tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.
Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən elektron çek infrastrukturun qurulması layihəsinə start verilib. Layihənin ən müasir texnologiya və funksional imkanlara malik platformada qurulması nəzərdə tutulub. Eyni zamanda, elektron çeklərlə hesablaşmalarda münasibətləri tənzimləmək məqsədilə müvafiq hüquqi bazanın yaradılması istiqamətində də işlər aparılmaqdadır. Layihə reallaşdıqca gedişi barədə ətraflı məlumat veriləcək.