Главная > Manset / İqtisadiyyat > Bakıda avtobuslarda bank kartlarının ödəniş vasitəsi kimi istifadə edilməsinin vaxtı açıqlanıb
Bakıda avtobuslarda bank kartlarının ödəniş vasitəsi kimi istifadə edilməsinin vaxtı açıqlanıb20-06-2023, 15:45. Разместил: azadses |
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq. "Report" xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Bu ilin sonuna kimi "BakıKart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək". Вернуться назад |