Bəyanat: “Böyük Britaniya Qarabağdakı “seçkiləri” tanımır”
- 14-04-2020, 10:21
- Manset
“Böyük Britaniya Dağlıq Qarabağda keçirilən “prezident seçkilərini” tanımır”.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ikinci turu aprelin 14-nə təyin olunmuş Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə bağlı yaydığı bəyanatında bildirilir. Bəyanatda həmçinin qeyd olunur:
“Birləşmiş Krallıq bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəkləyir. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq”.