Belarusda dövlət orqanları və vəzifəli şəxslərə qarşı terror aktlarının qarşısı alınıb
- 10-03-2021, 12:00
- Dünya
DTK rəhbəri bu fikriləri “Belarus 1” telekanalına müsahibəsi zamanı səsləndirib.
“Dövlət idarələri və ayrı-ayrı vəzifəli şəxslərə qarşı, eləcə də çoxsaylı insan tələfatını nəzərdə tutan teror aktları planlaşdırılırdı.Təəssüf ki, bu həqiqətdir, hazırda içində yaşadığımız reallıqdır. Biz müvafiqi tədbirlər görməkdə davam edirik”, - deyə İ.Tertel bildirib.
Xatırladaq ki, ötən ilin avqust ayında ölkədə keçirilən prezident seçkilərindən sonra Belarusda kütləvi etirazlar başlayıb. Ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi və terror təhlükəsinin yaranması da məhz həmin dövrə təsadüf edir.