Rusiyada Böyük Vətən Müharibəsi qəhrəmanı beşinci sinif şagirdi olan qızına təcavüz edib
Rusiyada Böyük Vətən Müharibəsi qəhrəmanı beşinci sinif şagirdi olan qızına təcavüz edib.
Bu barədə "Moskovskiy Komsomolets" qəzeti cinayət işinin məxfi sənədlərinə istinadən xəbər verib.
Qeyd olunub ki, hadisə 1955-ci ildə baş versə də, ilk dəfə istintaq materialları yalnız indi dərc edilib. Təcavüzə uğrayan qızın və atasının adları qanunun tələbinə uyğun olaraq açıqlanmayıb.
Nəşrin yazdığına görə, cinayətkar Böyük Vətən Müharibəsi qəhrəmanı olub, Berlinin ələ keçirilməsi və Praqanın azad edilməsinə görə medallar alıb, həmçinin Qırmızı Ulduz ordeni ilə təltif edilib. Lakin müharibədən qayıtdıqdan qısa müddət sonra sərxoş halda dava zamanı həmkəndlisini öldürüb və yeddi il həbs cəzasına məhkum olunub. Vaxtından əvvəl sərbəst buraxıldıqdan sonra o, həyat yoldaşıyla beş övladının yanına qayıdıb və ilk gündəcə evdə beşinci sinif şagirdi olan böyük qızını zorlayıb.
Pedofil qızına təcavüz edib, döyüb, yaşıdları ilə ünsiyyət qurmasını qadağan edib və hamiləlikdən qorunmaq üçün uşağı bibər spirti içməyə məcbur edib. Qızın anası üç oğlu ilə birlikdə digər otaqda yatdığı üçün baş verənlərdən bixəbər olub.
Məktəbli qız “Qorxu üçün ödənc” adlı fransız filminə baxdıqdan sonra başına gələnləri danışmağa qərar verib. O, xəstəxanaya gedib və burada atasından hamilə olduğunu öyrənib. Abort etdirdikdən sonra isə polisə ifadə verib.
Pedofilin məhkəməsi ay yarım sonra baş tutub. O, valideyn hüququndan məhrum edilərək 20 il həbs cəzasına məhkum olunub.