Главная > Manset > Ötən il “SOCAR Polymer” ölkəyə 30 faiz daha çox gəlir gətirib
Ötən il “SOCAR Polymer” ölkəyə 30 faiz daha çox gəlir gətirib29-01-2021, 12:38. Разместил: azadses |
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib. 2020-ci il ərzində “SOCAR Polymer” qeyri-neft sektoru üzrə əsas ixracatçı müəssisələr arasında ən çox ixrac həyata keçirən ikinci şirkətdir. Ötən il ərzində “SOCAR Polymer” MMC tərəfindən 102,1 milyon ABŞ dolları, 2019-cu illə müqayisədə, 23,6 milyon dollar dəyərində daha çox qeyri-neft sektoru məhsulu ixrac edib. 2019-cu ilin eyni dövründə bu ixrac həcminin dəyəri 78,5 milyon dollar təşkil edib. Təkcə 2020-ci ilin dekabr ayında “SOCAR Polymer” tərəfindən 13,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Qeyd edək ki, “SOCAR Polymer”ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.Oxu.az Вернуться назад |