Bank Respublika pandemiyadan zərər çəkmiş sahibkarlara birgə dəstək olur
- 5-08-2020, 10:51
- İqtisadiyyat
Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunmuş və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı olaraq, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmaya əsasən, pandemiyadan zərər çəkmiş sahibkarların, Bank Respublikadan manatla alacaqları kreditlərin faizlərinin yarısı subsidiyalaşdırılacaq, kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Dövlət zəmanətli kreditlərin müddəti 3 ilədək, məbləği 3 mln. manatadək, güzəşt müddəti 12 ayadək, faiz dərəcəsi isə 15%-dəkdir. Beləliklə, sahibkarlar kredit faizinin yarısını, yəni 7,5%-dək hissəsini Banka ödəyəcək, eləcə də, girovu kredit götürməyə çatmırsa kreditin 60%-dək hissəsinə dövlət zəmanət verəcək.
Yeni mexanizmin üstünlüklərindən biri də sahibkarların kredit üçün müraciəti banka getmədən elektron platforma üzərində rahat edə bilmələridir. Bunun üçün sahibkarlar https://e-edf.gov.az saytına daxil olaraq Müraciət bölməsini seçərək öz VÖEN qeyd etməlidirlər. Əgər sahibkarın pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərdiyi təsdiq olunarsa, o zaman Bank Respublikadan güzəştli kredit əldə etmək üçün müraciət edə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.