TƏBİB: Xəstələrə dərman və ərzaq çatdırılması ilə bağlı xidmətimiz yoxdur
- 21-12-2020, 16:53
- Manset
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxma şübhəsi olanlardan götürülən testlərin qiymətinin baha olması ilə bağlı məsələyə münasibət bildirib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış dövlət tərəfindən götürülən testlərin tamamilə ödənişsiz (gündəlik 20 minədək test ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq pulsuz edilir - TƏBİB) olduğunu qeyd edib.
O əlavə edib ki, testlərin götürülməsi ərazi üzrə poliklinikalarda və təcili tibbi yardım xidməti vasitəsilə həyata keçirilir: “Kimsə sizdən pul tələb edə bilməz. Edərsə, bu barədə şikayətinizi Səhiyyə Nazirliyinə (Bakı şəhəri üzrə), TƏBİB-ə (regionlar üzrə) bildirə bilərsiniz. Özəl xəstəxanalardakı qiymətlərə isə biz nəzarət etmirik. Bundan başqa, TƏBİB dərman bazarına da nəzarət etmir”.
TƏBİB rəsmisi eyni zamanda hər kəsdən yaxma götürülməməsinə də aydınlıq gətirib:
“Bu gün ölkədə kifayət qədər test ehtiyatı var. Lakin hər kəsdən eyni anda test götürmək fiziki baxımdan mümkün deyil. Burada söhbət təkcə testin götürülməsindən yox, eləcə də çeşidlənməsindən, laboratoriyaya daxil edilməsindən və s kimi proseslərdən gedir. Yaxma 5 saniyədə götürülə bilər, lakin bir testin nəticəsinin açıqlanması üçün 8-10 saat vaxt tələb olunur. Və üstəlik hər kəsdən test götürülsə, simptomlu şəxslərin cavablarının açıqlanması günlərlə gecikə bilər. Test cavabı olmayan insanı da xəstəxanaya yerləşdirmək olmaz”.
E.Baxış əlavə edib ki, karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qəbul edilir:
“Brifinqləri də TƏBİB deyil, NK yanında Operativ Qərargah təşkil edir. TƏBİB nümayəndələri isə virusun müalicəsi ilə bağlı yalnız tibbi və elmi izah üçün həmin brifinqlərə dəvət olunur.
Evdə müalicə alan koronaviruslu xəstələrə dərman və ya ərzaq çatdırılması ilə bağlı sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü? Bundan başqa, TƏBİB olaraq əməkdaşlarımız heç kimi maska taxmadığına görə cərimələmir. Koronavirusla Mübarizə Fonduna köçürülən vəsaitin xərclənməsi ilə bağlı qərarı TƏBİB deyil, Fondun İctimai Nəzarət üzvləri verəcək. Hələ ki, vəsait xərclənməyib. Tənqidlərdən biri də ondan ibarətdir ki, biz danışmaq üçün mətbuata ekspert vermirik. Gün ərzində onlarla belə sorğu alıram. Bəzən bir televiziyadan 2-3 əməkdaş zəng vurub, eyni kanalda fərqli verilişlərə qonaq istəyirlər. Amma nəzərə alın ki, televiziyalarda danışan həkimlərimiz həm də koronavirusun müalicəsi ilə məşğuldur. Bəzən onlar fiziki baxımdan yorulur, bir kanalın bir neçə verilişində danışa bilmirlər. TƏBİB-də cəmi 7-8 nəfər İşçi qrupun üzvü olan həkimlərimiz var. Ölkədə mətbu orqanların sayı isə yüzlərlədir. TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir”.