İcra başçısının müavininə TƏBİB-də vəzifə verildi
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün Əliyevaya yeni vəzifə verilib. ''Azad Səs'' AZXEBER.COM-a istinadən xəbər verir ki, icra başçısının müavininə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) vəzifə verilib. Aygün Əliyevanın TƏBİB-də hansı vəzifəni icra edəcəyi barədə dəqiq məlumat yoxdur. Qeyd edək ki, bundan öncə Aygün Əliyevaya 2013-cü ildə 25 yaşında olarkən ən gənc xanım müavin olaraq Binəqədi rayon icra hakimiyyətində vəzifəyə təyin edilmişdi.