azadses.az » Cəmiyyət » Koronavirus xəstələrindən əlavə ödəniş tələb edənlər cəzalandırılsın – ÇAĞIRIŞ

Koronavirus xəstələrindən əlavə ödəniş tələb edənlər cəzalandırılsın – ÇAĞIRIŞ

Son bir il ərzində COVID-19 pandemiyası bütün dünyanı çətin sınaq qarşısında qoyub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, bu bəşəri bəla ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda iştirak edən bütün dövlət qurumları infeksiyanın qarşısının alınması istiqamətində mütəmadi və təxirəsalınmaz tədbirlər həyata keçirir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də 27 fevral 2020-ci ildən bu günə kimi Qərargahda təmsil olunan çoxsaylı dövlət qurumları ilə birlikdə öz fəaliyyətini davam etdirir.
 
Hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməkdədir: "Bütün xəstəxanalarımızda müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına həyata keçirilir. Tam əminliklə bildiririk ki, hazırda xüsusi rejimli xəstəxanalarımızın hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilmişdir. COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Bununla yanaşı, tibb müəssisələrimizin bir hissəsi də 44 günlük Vətən Müharibəsində yaralanmış qazilərimizə tibbi xidmət göstərməyə davam edir.
 
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər.
 
Koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyinizi Sizdən xahiş edirik.
 
Əmin ola bilərsiniz ki, müraciət edən hər bir şəxsin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
 
Qeyd edilən hallara məruz qaldığınız və ya rastlaşdığınız zaman aşağıda göstərilən əlaqə vasitələri ilə bizə məlumat verməyinizi xahiş edirik.
 
Biz Birlikdə Güclüyük!"
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?