Главная > Manset > Azərbaycanlı sahibkarlar Dubayda keçiriləcək sərgiyə dəvət olunur

Azərbaycanlı sahibkarlar Dubayda keçiriləcək sərgiyə dəvət olunur


12-12-2020, 13:49. Разместил: azadses
İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) qida sənayesi sahəsində fəaliyyət göstərən azərbaycanlı sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edir.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, sərgi 2021-ci ilin 21-25 fevral tarixlərində baş tutacaq.
“Gulfood” beynəlxalq qida sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.


Вернуться назад