Yol polisi boğazında sümük qalan qadını xilas etdi
- 23-11-2019, 16:18
- Hadisə
Onlar sürət həddini aşan sürücünün qızını xəstəxanaya çatdırıblar
Abşeron DYP əməkdaşları gənc qadını ölümdən xilas etdilər. DİN-dən verilən məlumata görə, 30 yaşlı Vüsalə Cəfərovanın boğazında balıq sümüyü qalıb. Atası Famil Cəfərov qızını təcili olaraq çöpcüyə aparıb. lakin sümüyü qadının boğazından çıxarmaq mümkün olmayıb. Ataya dərhal xəstəxanaya getmək məsləhət görülüb. F.Cəfərov övladını xəstəxanaya çatdırmaq üçün sürət həddini aşıb və yol polisi Vasif Ələsgərovla Əli Cavadov tərəfindən saxlanılıb.
Məsələdən xəbər tutan polislər qadını özləri xəstəxanaya çatdırıblar. Vaxtında müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub.
F.Cəfərov bildirib ki, yol polis əməkdaşları onları “Semaşko”ya aparıblar: “Onların yardımı sayəsində xəstəxanaya vaxtında çatdıq, indi övladım yaxşıdır. Bu nümunəvi hərəkətinə görə Abşeron rayon yol polis əməkdaşlarına təşəkkür edirəm”.
Xatırladaq ki, bundan əvvəl də Abşeron DYP əməkdaşı polis kapitanı Vasif Sadıqov qolu kəsilən 21 yaşlı gənc oğlanın həyatını xilas etmiş, yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirərək xəstəxanıya çatdırmışdı.