Anasını və bacısını öldürən şəxs Rusiyada tutulub Azərbaycana gətirildi
3 il əvvəl anasını və bacısını öldürən şəxs Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Azadsəs.az"a bildirilib ki, Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Bakıxanov qəsəbəsindəki binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Murad Niftizadə 2021-ci il oktyabrın 17-də Rusiyada həbs olunub, 2022-ci il martın 10-da Azərbaycana gətirilib.