Bacısını öldürənin cəzası azaldıldı
Anası Sərfinaz İbrahimovaya bıçaqla xəsarət yetirməkdə və bacısı Sara İbrahimovanı öldürməkdə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İbrahim İbrahimovun apellyasiya şikayəti təmin olunub.
“Azadsəs.az” məhkəmə matreallarına istinadən xəbər verir ki, Naxçıvan sakini İbrahim İbrahimov dostları ilə yeyib içdikdən sonra səhərəyaxın evə gəlib.
Anası və bacısından həyatlarında kiminsə olub-olmadığını soruşaraq onlarla mübahisə edib. Mübahisə zamanı bıçaqla anasına xəsarət yetirib. Bu zaman onları ayırmağa çalışan bacısı Sara İbrahimovanı da yaralayıb. Daha sonra dayısına zəng edib. Dayısının köməyi ilə onları xəstaxanaya çatdırıblar. Sərfinaz İbrahimovanın həyatını xilas etmək mümkün olsa da, bacısı Sara İbrahimova hadisədən bir neçə gün sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
İbrahim İbrahimov tutularaq istintaqa cəlb edilib. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İ.İbrahimov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lakin məhkəmənin qərarı ilə razılaşmayan İ. İbrahimovun müdafiəçisi apellyasiya şikayəti verib. Naxçıvan Ali Məhkəməsi İbrahim İbahimovun cəzasını 12 ilə endirib.