Yasamalda qadın özünü bıçaqladı
“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Zeynalova Günay Azad qızı yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.