Bakıda ağır qəza: 22 yaşlı gənc xəstəxanalıq oldu
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cü il təvəllüdlü Əliyev Tural Nizami oğlu xəsarət alıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkim müayinəsindən sonra ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.