Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alan var
- 2-12-2020, 08:56
- Hadisə
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
''Report''-un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əliyev Kamil Elşən oğlu bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ qolun sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.