Azərbaycanda Təminat Fondunun qalığı 9 ayda 200 milyon manata yaxın azalıb
- 2-11-2023, 16:12
- İqtisadiyyat
Bu il sentyabrın 1-nə Azərbaycanda “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun qalığı 30,4 milyon manat və 430 milyon ABŞ dolları (manat ifadəsində 761,4 milyon manat) olmaqla, ümumilikdə manat ifadəsində 791,8 milyon manat təşkil edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, yanvarın 1-nə nisbətən 189,8 milyon manat və yaxud 19,3 % azdır.
Hesabat dövründə Təminat Fondunun manatla qalığı 16,1 dəfə azalıb, dollarla qalığı isə 48,3 % artıb.