AAYDA-nın işçilərinin sayı 1,3 % azalıb
- 25-06-2023, 16:28
- Cəmiyyət
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) işçilərinin orta sayı 2022-ci ildə 14 699 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 1,3 % azdır.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, işçilərə hesablanmış əməkhaqqı 84 milyon 897,6 min manat (0,8 % çox) olub.
İşçilərin əməkhaqqından 20 milyon 651,4 min manat (11,3 % az) Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalar hesablanmış, ondan 860 min manat (11,4 % az) müəssisəyə xərclənmiş və 19 milyon 900,9 min manat (12,2 % az) isə DSMF-nin hesabına köçürülüb.
Hesablanmış penya 1 milyon 385,9 min manat (25 % az) olub və ondan 1 milyon 271,7 min manat (17,6 % az) Fondun hesabına köçürülüb.
Dövlət Məşğulluq Agentliyinə (DMA) 998,8 min manat hesablanmış və ondan 897,4 min manat (əvvəlki ildə olmayıb) DMA-nın hesabına köçürülüb.