azadses.az » İqtisadiyyat » Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilir - YENİLƏNİB

Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilir - YENİLƏNİB

Bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilir.

“Report” xəbər verir ki, iclası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin I müavini Namiq Hümmətov iclası açıq elan edib.

O, bundan əvvəlki iclasın Ağdamda keçirildiyini xatırladıb.

“Qərara alınıb ki, iclaslar işğaldan azad edilmiş ərazilərdə keçirilsin”, - deyə sədr müavini qeyd edib.

N.Hümmətov vurğulayıb ki, ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında son illər ərzində işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib:

“Qarabağ və Şərgi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə “Böyük Qayıdış” şüarı altında həyat qayıtmaqdadır. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrini gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad edilmiş torpaqlarımızda bu gün milli özəlliklər nəzərə alınmaqla qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir”.

Onun sözlərinə görə, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib:

“Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilmiş, Zəfər yolunun tikintisi yekunlaşmış, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilir”.

Komitə rəsmisi vurğulayıb ki, bu gün tədbirdə “İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair” Tədbirlər Planının, müvəqqəti yerləşdirilən kamplar, “Böyükbəhmənli-Şuşa” və “Azadqaraqoyunlu-Ağdam” magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və sutəmizləyici qurğuların layihələndirilməsi və tikilməsinin vəziyyəti, Mədəniyyət Nazirliyinin Qələbə Parkı və Memorial Parkının layihələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.
13:40

“2026-cı ilə qədər Füzuli rayonunda 5 678 evin - 2 326 mənzilin və 3 352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur.

Bundan başqa, sədr müavini deyib ki, Füzuli şəhərinin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 km olacaq:

“Bunun 18 km-də layihələndirmə işləri başa çatıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Çox güman ki, bu ayın sonunda layihə ekspertizadan çıxacaq və Füzuli şəhərində yol-küçə şəbəkəsinin inşasına başlanılacaq”.

“2022-ci ildə Füzulidə 1 536 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin bu ilin yanvar ayında verdiyi sərəncamına əsasən, yaşayış məntəqələri üzrə ümumilikdə 2 620 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu ilin I rübündə 622 hektar ərazi minalardan təmizlənib. Bütün bunlar inşaat işlərinə başlamağa şərait yaradır”, - deyə N.Hümmətov qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”