İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”: Mikayıl Cabbarov bəzi rəqəmləri açıqladı
İqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsinin hazırlanaraq hökumətə təqdim edildiyini deyib.
Oxu.Az-ın məlumatına əsasən, nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycan hökuməti proqrama baxır və müvafiq təkliflər paketi hazırlanıb.
Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin, emal sahəsinin stimullaşdırılması tətbiq ediləcək.
O qeyd edib ki, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır.
“Yaxın perspektiv üçün işğaldan azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir əlavə edib.