azadses.az » Cəmiyyət » Əlaqələndirmə Qərargahı əhalinin azad edilmiş ərazilərə qayıdışını müzakirə edib - FOTO

Əlaqələndirmə Qərargahı əhalinin azad edilmiş ərazilərə qayıdışını müzakirə edib - FOTO

Noyabrın 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib, əhalinin azad edilmiş ərazilərə qayıdışı müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Qərargahın ötən ikiillik fəaliyyətinin qiymətləndirilməsi və qarşıda duran yeni vəzifələr, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı məsələlər, habelə əhalinin Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərə tezliklə qayıdışı ilə bağlı dövlət başçısının tapşırıqlarının icrasına dair son vəziyyət və digər məsələlər daxil edilib.

İclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı, o cümlədən Laçın və Şuşa şəhərlərindəki son çıxışlarından irəli gələn tapşırıqlara toxunub. Qərargahın ötən ikiillik fəaliyyətinin nəticələrindən irəli gələrək, keyfiyyət, səmərəlilik, operativlik və dayanıqlılıq prinsiplərinin daim rəhbər tutulmasının, qurumlararası əlaqələndirmə və əməkdaşlığın daha da gücləndirilməsinin, hər bir layihə ilə bağlı hərtərəfli planlaşdırma, proqnozlaşdırma və risklərin qiymətləndirilməsi işinin aparılmasının, habelə görülən işlərlə bağlı səmərəli nəzarət və monitorinq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

Qərargahın rəhbəri ekosidə, urbisidə və etnosidə məruz qalmış ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz daxili imkanları ilə post-konflikt quruculuğunun dünya üçün nümunə olan uğurlu bir modelini ortaya qoyduğunu qeyd edib.

Sonra iclasda Əlaqələndirmə Qərargahının gündəliyində dayanan cari məsələlərlə bağlı məruzələr dinlənilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Laçın şəhərinə, Zabux və Sus kəndlərinə əhalinin 2023-cü il ərzində qayıdışı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq Laçın ərazisinə dərhal bir neçə işçi qrupu ezam edilib və ərazidə minadan təmizləmə, inventarlaşdırma, ilkin qiymətləndirmə və layihələndirmə işlərinin ardınca genişmiqyaslı yenidənqurma və bərpa işləri artıq başlanılıb.

Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə məruzələr təqdim edilib.

İclasın gündəliyinə uyğun olaraq, ərazilərdəki şəhərsalma məsələləri və planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı işlərin cari vəziyyəti müzakirə edilib, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri müvafiq ərazilərdə həyata keçirilən layihələrin icrasının gedişatı barədə məlumat veriblər.

Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?