Rusiyanın Ukrayna barədə açıqlamasından sonra “Brent” kəskin ucuzlaşdı
- 29-03-2022, 20:48
- İqtisadiyyat
Dünya bazarında “Brent” markalı neftin qiyməti ucuzlaşıb.
“Azadsəs.az” xəbər verir ki, ticarət platformasının məlumatlarına görə, Londonun ICE birjasında “Brent” markalı neftin 2022-ci ilin iyun ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti 5%-dən çox azalaraq, bir barel üçün 103,85 dollar təşkil edir.
Saat 15:35-ə olan məlumata görə, "Brent" markalı neft 6%-dən çox ucuzlaşaraq, bir barel üçün 102,19 dollara (-6,67%) alınıb.
Bildirilir ki, “Brent”in ucuzlaşmasına səbəb Rusiyanın Ukraynanın bəzi regionlarında hərbi əməliyyatlarını azaldacağını bəyan etməsi olub.