Главная > İqtisadiyyat > Rusiyanın Ukrayna barədə açıqlamasından sonra “Brent” kəskin ucuzlaşdı
Rusiyanın Ukrayna barədə açıqlamasından sonra “Brent” kəskin ucuzlaşdı29-03-2022, 20:48. Разместил: admin |
Dünya bazarında “Brent” markalı neftin qiyməti ucuzlaşıb. “Azadsəs.az” xəbər verir ki, ticarət platformasının məlumatlarına görə, Londonun ICE birjasında “Brent” markalı neftin 2022-ci ilin iyun ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti 5%-dən çox azalaraq, bir barel üçün 103,85 dollar təşkil edir. Saat 15:35-ə olan məlumata görə, "Brent" markalı neft 6%-dən çox ucuzlaşaraq, bir barel üçün 102,19 dollara (-6,67%) alınıb. Bildirilir ki, “Brent”in ucuzlaşmasına səbəb Rusiyanın Ukraynanın bəzi regionlarında hərbi əməliyyatlarını azaldacağını bəyan etməsi olub. Вернуться назад |