“Qarşıdakı illərdə bizi daha ciddi iqtisadi uğurlar gözləyir”
- 16-11-2021, 18:37
- İqtisadiyyat
“Müasir tariximizin ən böyük dövlət büdcəsini müzakirə edirik. Bu müzakirələrin ən müsbət tərəfi məncə məhz budur. Milli Məclisin plenar iclasında da öz fikrimi bildirdim və hökumətimizə görülən işlərə görə təşəkkür etdim”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Elnur Allahverdiyev büdcə müzakirələrinə münasibət bildirərkən deyib.
E.Allahverdiyevin sözlərinə görə, 2 ilə yaxındır pandemiya səbəbindən dünya iqtisadiyyatı və maliyyə sistemində yaşanan böhran fonunda Azərbaycan işğaldan azad edilmiş torpaqlarında yaşayış məntəqələri və infrastrukturun yenidən qurulmasına böyük vəsait ayırır. Belə bir şəraitdə tarixin ən həcmli büdcəsinə nail olmaq qürurvericidir: “Bütün dünya pandemiyanın fəsadları ilə mübarizə aparır, biz isə üstəlik, həm də müharibədən çıxmış dövlətik. Azad edilən torpaqlarımız 30 ilə yaxındır düşmən tərəfindən dağıdılıb, qarət edilib, viran qoyulub. Bütün dünyanın gözləri qarşısında biz faktiki olaraq ölkəmizin bütöv bir bölgəsini bərpa edirik. Belə bir şəraitdə nümayiş etdirilən iqtisadi göstəricilər həqiqətən də valehedicidir”.
Millət vəkili bildirib ki, Milli Məclisin ayrı-ayrı komitələrində büdcə daha detallı öyrənilib və əldə olunan nailiyyətlər analiz edilib. “Biz komitələrdə büdcə dinləmələri və hökumət rəsmilərinin açıqlamaları ilə daha yaxından, ətraflı tanış olmuşuq. Bütün istiqamətlərdə artım var – təhsilə ayrılan xərclərdən tutmuş müdafiə qabiliyyətimizin yüksəldilməsinə yönəldiləcək vəsaitə qədər. Bu bizə imkan verir ki, bütün sahələrə dövlət qayğısını artıraq. Qarabağ və Şərqi Zəngəzurun bərpası fonunda bu, olduqca vacibdir” – deyə E.Allahverdiyev vurğulayıb.
Deputat hesab edir ki, 2022-ci ilin dövlət büdcəsi vətəndaşın, cəmiyyətin və hökumətin birlikdə ölkəmizdəki reallığa, baş verən pozitiv yeniliklərə adekvat reaksiyasıdır: “Bu da bir həmrəylikdir. Dövlətlə cəmiyyətin, hökumətlə özəl sektorun, qanunla vətəndaşın həmrəyliyi. Belə pozitiv atmosferin formalaşması, işgüzar hökumətin uğurlu fəaliyyəti şübhəsiz cənab Prezident İlham Əliyevin xidmətidir. Qarşıdakı illərdə bizi daha ciddi iqtisadi uğurlar gözləyir”.