Sayğaclarla bağlı mühüm xəbər
- 18-02-2021, 15:44
- Cəmiyyət
Fevralın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat veriblər.
Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq. Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.
Qanun layihəsi barədə danışan deputatlar su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, bu sahələrin idarəetməyə verilməsi, infrastrukturun yenilənməsi, sağlamlaşdırma işinin həyata keçirilməsi barədə qeyd və təkliflərini səsləndiriblər.
Komitə sədri Tahir Mirkişili enerji satışı sahəsində dünya təcrübəsi, dünya ölkələrində əhalinin bu xidmətlərlə bağlı borcunu ödəmə üsulları, sahibkarların hüquqlarının qorunması barədə fikirlərini diqqətə çatdırıb.
Məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini müzakirə edərək Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Qanun layihəsini müzakirə ediblər.
Komitənin sədri Sadiq Qurbanov bildirib ki, bu, bizim uzun illər gözlədiyimiz bir anlaşma idi. 44 günlük müharibədən sonra belə bir sənədin imzalanması Azərbaycanın növbəti uğurudur. Yəqin ki, Saziş imzalananda daha geniş formatda təqdimat olacaqdır.
Sonra məsələ səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.