Əli Məsimli: “İşsizlər və imkansızlar ağır vəziyyətə düşüb”
- 5-08-2020, 11:32
- Cəmiyyət
“Hər bir ölkədə olduğu kimi Azərbaycanda da iqtisadiyyat daha çox özəl sektorun, biznesin üzərində qoyulub”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.
Onun sözlərinə görə, yeni iqtisadi paket işlənib hazırlanan zaman 5 aylıq dövr yaxşıca araşdırılmalıdır: “Sahibkarlığın inkişafı ilə bağlı yeni paketdə həmin tədbirlər qeyd edilməlidir. Sahibkarlığa ciddi dəstəyin verilməsi vacibdir.. Həmçinin bu gün işsizlər və imkansızlar ağır vəziyyətə düşüb. Təklif edirəm ki, problemlərin həllinə nail olmaq üçün başlanılan islahatlar daha da dərinləşdirilsin”.