Zərif İlham Əliyevi qələbə ilə bağlı təbrik etdi: Tehran Zəngəzur dəhlizinin açılmasını istəyir – ŞƏRH
- 26-05-2021, 17:00
- İqtisadiyyat / Manset
Mayın 25-də İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən Tehran-Bakı münasibətlərinin perspektivinə toxunub.
İranın baş diplomatının ifadə etdiyi mövqe onu göstərir ki, Tehran postmünaqişə dövründə regionda həyata keçirilən iqtisadi açılımları dəstəkləyir.
Eyni zamanda İranın Bakıdan gözləntisini də dilə gətirərək İlham Əliyevə bildirib:
“Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik”, - deyə Zərif əlavə edib.
İranın postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdəki bərpa proseslərində iştirakını gücləndirmək niyyətləri başadüşüləndir: Birincisi, bu, illərdir sanksiya altında qalan İranın yeni coğrafiyada investisiya qoyması üçün əlverişli imkanların yaranmasıdır.
İran xarici siyasət idarəsinin rəhbəri deyib:
“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırıq”.
İkincisi, postkonflikt dövründə regionda yeni nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi Tehranın da marağındadır.
Zəngəzur dəhlizinin reallaşması İranla Ermənistan arasında dəmir yolu əlaqəsinin yaranmasına gətirib çıxarır və indi Tehran bu iqtisadi faydaları dəyərləndirir.
Halbuki illər öncə İranla Ermənistan arasında dəmir yolunun inşası üçün layihə nəzərdən keçirilirdi və bu, böyüktutumlu maliyyə - 3 milyard dollar – tələb edirdi.
Nə İranın, nə də Ermənistanın həmin maliyyəni ayırmağa imkanları olmadığından layihə baş tutmamış qaldı.
Aqşin Kərimov