Bu il Belarus Azərbaycandan 1 milyon ton neft alacaq
- 14-04-2021, 09:00
- İqtisadiyyat / Manset
![](/uploads/posts/2021-04/medium/1618374035_89198656_1069736066713291_9029904552106655744_n.jpg)
“Belta”nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan Belarusa “qara qızılın” tədarükü davam edir:
“Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker isə hazırda yoldadır”, - deyə diplomat qeyd edib.
Həmçinin səfir əlavə edib ki, 2020-ci ildə Azərbaycandan Belarusa 800 min ton neft tədarük edilib.