azadses.az » Cəmiyyət » Marketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?

Marketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?

Bu gecə benzinin və dizelin qiymətinin qalxması artıq əksər ərzaq məhsullarının bahalaşmasına səbəb olub.
 
''Azad Səs'' xəbər verir ki, supermarketlərdən daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqdim olunub.
 
Yeni siyahıda donmuş məhsullar orta hesabla 15, yağlar 10, yuyucu vasitələr 20 faiz artıb. (Bu barədə geniş siyahını gün ərzində təqdim edəcəyik-red.)
 
İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq: "İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq. Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”.
 
Onun fikrincə, hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: "Odur ki, bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.
 
Qeyd edək ki, bu gecdən Aİ-92 benzini 1 manat, dizel yanacağı 80 qəpik müəyyənləşib.
 
Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1 faiz qaldıraraq 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 33,3 faiz qaldıraraq 1 litr üçün 80 qəpik müəyyən edib. Şura təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib. Bununla yanaşı, Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub, eləcə də daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflər də qaldırılıb.Bakupost
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  2. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  3. Şabranda evə basqın olub, ölən və yaralanan var
  4. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  5. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  6. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  7. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  8. Bakıda yolu keçən kişini avtomobil vurub
  9. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  10. Bakıda yol qəzası olub, ağır xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”