Главная > İqtisadiyyat / Manset > Bu il Belarus Azərbaycandan 1 milyon ton neft alacaq

Bu il Belarus Azərbaycandan 1 milyon ton neft alacaq


14-04-2021, 09:00. Разместил: azadses
Cari ildə Belarus Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır.
“Belta”nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan Belarusa “qara qızılın” tədarükü davam edir:
“Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker isə hazırda yoldadır”, - deyə diplomat qeyd edib.
Həmçinin səfir əlavə edib ki, 2020-ci ildə Azərbaycandan Belarusa 800 min ton neft tədarük edilib.

Вернуться назад