azadses.az » İdman » “Oyun təcrübəmiz yoxdur” - Qurban Qurbanov

“Oyun təcrübəmiz yoxdur” - Qurban Qurbanov

Çempionlar Liqasının I təsnifat mərhələsində sabah Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Çox danışmağa ehtiyac yoxdu. Bir oyundan ibarət mərhələdi. Buna görə də çox diqqətli və məsuliyyətli olmalıyıq. Oyun təcrübəmiz yoxdu. Futbolçular pis hazırlaşmayıblar, hər şeyi gözəl dərk edirlər. Sabah meydanda yaxşı mübarizə olmalıdı.
- Rəqibin oyununu necə təsvir etmək olar?
- Əsas son iki oyuna baxmışıq. Topla oynamağı sevən komandadı, öz oyun üslubu var. Burda hansı oyunu göstərəcəklərini deyə bilmərik. Diqqətli olmalıyıq.
- Stadionda sanki ot örtüyü ilə bağlı problem var?
- Bir az problem var. Bu aylarda belə olur. Yenə də stadion işçiləri çalışacaqlar ki, oyuna qədər daha yaxşı vəziyyətə gətirsinlər.
- Yeni futbolçuların adaptasiya prosesi necə gedir?
- Normaldı. Qəbələdə özlərini yaxşı tərəfdən göstərdilər. Hər biri peşəkar futbolçudu. Ancaq 3-4 rəsmi oyun keçirməsələr, komandaya faydaları haqda danışa bilmərik. Təcrübəli oyunçulardı, ümid edirəm ki, tez bir zamanda tam uyğunlaşacaqlar.
- Həmişə rəqibə ciddi yanaşmısız. Ancaq “Sileks”lə bağlı elə təəssürat yaradılıb ki, çox zəif komandadı. Yəqin ki, futbolçular da belə məqamlardan xəbərdardı. Belə məqamda futbolçuları kökləmək nə dərəcədə çətindi?
- Bəli, həmişə hər bir rəqibə ciddi yanaşmışıq. Bu turnirdə zəif komanda olmur. Futbolçular neçə illərdi bu təcrübəni yaşayırlar. Əvvəlki illərdə belə yanaşmalar ola bilərdi, amma hər zaman meydanda tam əksini görmüşük. Rəqib zəif deyil, ciddi yanaşırıq. Sürətli futbolçuları var. İnanmıram ki, futbolçularım belə reaksiya versinlər.
- Azarkeşsiz olsa belə, doğma meydanda oynayacaqsız, avrokubok təcrübəsi var və s. Bunlar “Qarabağ”ın xeyrinə olan məqamlardı. Bəs “Sileks”in xeyrinə hansı amillər var?
- Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna böyük əhəmiyyət verir. Bizim ev oyunlarında üstünlüyümüz həmişə azarkeş amili olub. Bu da rəqib üçün çətinlik yaradıb. Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdü. Amma bu situasiyaya uyğunlaşmalıyıq.
- Emil Balayevi tanıyırıq, Gerye daha əvvəl oynayıb komandamızda, Medina və Matiç isə yeni qoşulub. Onları meydanda görə bilərikmi?
- Yəqin ki, bu futbolçular oynayacaq. Ən gec qoşulanlardan biri Matiç idi. Amma təcrübəsi bəzi çatışmazlıqları aradan qaldırmağa kömək edəcək.
- Rəqibin heyətində hansı futbolçuları təhlükəli hesab edirsiz?
- Sağ və sol hücumçuları çox sürətlidi. Sağ cinah müdafiəçiləri çox yaxşıdı. İndividual olaraq yüksək səviyyəli.
- Təkli oyunlarda psixoloji amil böyük rol oynayır və bu durumun nə qədər davam edəcəyi bəlli deyil. Bununla bağlı komandaya peşəkarları cəlb etmək fikriniz varmı?
- Düşünürəm ki, ehtiyac yoxdu buna. Neçə illərdi bu turnirlərdə iştirak edirik. Məşqçi heyəti və rəhbərlik olaraq futbolçuların psixoloji sıxıntıya düşməməsinə çalışırıq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı