"Gənclər, evlənmək də, boşanmaq da oyuncaq deyil" - Turan əsəbiləşdi
- 11-08-2020, 15:52
- Mədəniyyət
"Sosial şəbəkələrdə həm də şəxsi həyatları ilə gündəmə gələn, aktuallıq qazanan cütlüklərin boşanmaları məni çox üzür”.
Azad Səs AZXEBER.COM-a istinadən xəbər verir ki, bu sözləri sosial media hesabında eks-aparıcı, jurnalist Turan İbrahimov yazıb.
O, boşanmaların əleyhinə olduğunu deyib:
"Düşünürəm ki, bu yeni nəsilə-yeniyetmələrə və gənclərə mənfi təsir edir. Onlarda ailə institutuna, daimi sevgiyə inamı azaldır. Amma bu, qətiyyən belə olmamalıdır. Gənclər qətiyyən o cütlüklərə nümunə kimi baxmamalıdırlar. Əslində, sosial şəbəkələrdə çox şey yalnız görüntüdən ibarətdir. Real həyat isə parıltısız və daha səmimi-qarşılıqlı fədakarlıqlar tələb edir. Ona görə də hər kəs öz yolunu seçməli, öz adamını tapmalıdır. Və gənc ailələrdə hər zaman ilk başlarda sıxıntılar olur. Önəmli olan o kritik dövrü keçməkdir. Bu zaman çox şey valideynlərdən asılı olur. Amma şəxsi eqosunu kənara qoyub, intriqaçı olmayıb, müdrik davranan valideynlər az olur. Bu səbəbdən də müasir cütlüklər, gənc ailələr özləri daha çox məntiqli və soyuqqanlı olmalıdırlar. Hər iki tərəf bir addım sonranı düşünməli, bir-birinə kompramisə getməlidir. Səbr və anlayış əsl sevgini və əsl xoşbəxtliyi qidalandıran yeganə dəyərdir.
Gənclər, evlənmək də, boşanmaq da oyuncaq deyil. Ağılla, məntiqlə və ürəyinizlə, min ölçüb, bir biçin... Ailələr dağılmasın!”.