“Liverpul” “Şeffild”lə oyunda tarixi rekorda imza atıb
- 5-04-2024, 09:36
- İdman
“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Şeffild Yunayted”ə qarşı oyunda topa sahibolma göstəricisinə görə tarixi rekorda imza atıb.
“Report” xəbər verir ki, hesablamanı “Opta” idman analitikası şirkəti aparıb.
2003/2004 mövsümündən bəri hesablama aparan şirkətin verilənlərinə əsasən, “Enfild”də baş tutmuş “Liverpul” – “Şeffild Yunayted” oyununda “qırmızılar”ın topa sahibliyi 83,1 % olub ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.
Bildirilib ki, öncəki rekord buna 2018-ci ildə nail olmuş “Mançester Siti”yə məxsus idi. Beş il öncə “şəhərlilər” “Suonsi” ilə oyunda 82,9 % topa sahibolma göstəricisinə malik olublar. Digər üç yüksək göstəricilər də Yürgen Kloppun “Liverpul”u və Pep Qvardiolanın “Mançester Siti”sinin rəqiblərinə qarşı oyunlarında qeydə alınıb.
Xatırladaq ki, “Liverpul” – “Şeffild Yunayted” matçı Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Liverpul” turnir cədvəlindəki ağalığını bərpa edib.