Holann “Arsenal”la oyunu buraxa bilər
- 20-03-2024, 14:44
- İdman
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının 30-cu turunun mərkəzi qarşılaşmasını buraxa bilər.
“Report” xəbər verir ki, bu barədə AS nəşri bildirib.
Məlumata görə, futbolçu milli komandanın məşqində zədələnib. 23 yaşlı idmançı meydanı axsayaraq tərk edib və məşqə qayıtmayıb.
Beləliklə, forvard Norveçin Çexiya və Slovakiya milliləri ilə oyunlarını buraxmalı olacaq. Eyni zamanda, bombardirin 30-cu turdakı “Arsenal”la qarşılaşması da böyük sual altındadır. “Şəhərlilər” “topçular”ı martın 31-də qəbul edəcək.
Xatırladaq ki, cari mövsümdə Holann “Mançester Siti”də 34 oyun keçirib və 29 qola imza atıb. Onun aktivində həmçinin altı məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyununadək davam edir.
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” başçılıq edir. London təmsilçisinin 28 oyundan sonra 64 xalı var. Onun ən yaxın təqibçiləri eyni xala malik (lakin qol fərqində geri qalan) “Liverpul” və bir xal az toplamış “Mançester Siti”dir.