Главная > İdman > “Liverpul” “Şeffild”lə oyunda tarixi rekorda imza atıb
“Liverpul” “Şeffild”lə oyunda tarixi rekorda imza atıb5-04-2024, 09:36. Разместил: azadses |
“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Şeffild Yunayted”ə qarşı oyunda topa sahibolma göstəricisinə görə tarixi rekorda imza atıb. “Report” xəbər verir ki, hesablamanı “Opta” idman analitikası şirkəti aparıb. 2003/2004 mövsümündən bəri hesablama aparan şirkətin verilənlərinə əsasən, “Enfild”də baş tutmuş “Liverpul” – “Şeffild Yunayted” oyununda “qırmızılar”ın topa sahibliyi 83,1 % olub ki, bu da bütün zamanların ən yüksək göstəricisidir. Bildirilib ki, öncəki rekord buna 2018-ci ildə nail olmuş “Mançester Siti”yə məxsus idi. Beş il öncə “şəhərlilər” “Suonsi” ilə oyunda 82,9 % topa sahibolma göstəricisinə malik olublar. Digər üç yüksək göstəricilər də Yürgen Kloppun “Liverpul”u və Pep Qvardiolanın “Mançester Siti”sinin rəqiblərinə qarşı oyunlarında qeydə alınıb. Xatırladaq ki, “Liverpul” – “Şeffild Yunayted” matçı Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Liverpul” turnir cədvəlindəki ağalığını bərpa edib. Вернуться назад |