"Real"ın futbolçusu İspaniyada 3,5 milyon avro təzminat alacaq
- 18-01-2024, 13:08
- İdman
"Real" klubunun futbolçusu Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi 3,5 milyon avro təzminat alacaq.
2018-ci ildə xorvatiyalı oyunçu 2012-ci ildən 2014-cü ilədək İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məcbur edilib. Modriç qərardan apellyasiya şikayəti vermişdi.
Futbolçu İngiltərə təmsilçisi "Tottenhem"dən "Kral klubu"na yeni keçdiyi üçün 2012-ci ildə bu ölkənin vergi rezidenti olmadığını bildirib. Məhkəmə isə yarımmüdafiəçinin arqumenti ilə razılaşıb.