Qaret Beyl karyerasını erkən bitirməyi düşünür
- 22-05-2021, 10:30
- İdman
![](/uploads/posts/2021-05/medium/1621662018_213025_m.jpg)
Bu barədə “As” nəşri məlumat yayıb.
Məlumata görə, 31 yaşlı futbolçu “Tottenhem”də icarədə keçirdiyi cari mövsümdən sonra “Real”a qayıtmağı və son ilini burada oynamağı planlaşdırır.
Hazırda isə Beylin bütün diqqətinin AVRO-2020 hazırlıqlarına yönəldiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasının 19 matçında iştirak edən oyunçu 9 qol vurub və 2 məhsuldar ötürmə edib.