Главная > İdman > "Real"ın futbolçusu İspaniyada 3,5 milyon avro təzminat alacaq
"Real"ın futbolçusu İspaniyada 3,5 milyon avro təzminat alacaq18-01-2024, 13:08. Разместил: azadses |
"Real" klubunun futbolçusu Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib. "Report" yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi 3,5 milyon avro təzminat alacaq. 2018-ci ildə xorvatiyalı oyunçu 2012-ci ildən 2014-cü ilədək İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məcbur edilib. Modriç qərardan apellyasiya şikayəti vermişdi. Futbolçu İngiltərə təmsilçisi "Tottenhem"dən "Kral klubu"na yeni keçdiyi üçün 2012-ci ildə bu ölkənin vergi rezidenti olmadığını bildirib. Məhkəmə isə yarımmüdafiəçinin arqumenti ilə razılaşıb. Вернуться назад |