Azərbaycan millisinin voleybolçusu: “Avropa çempionatında hər oyun qızıla bərabərdir”
- 22-08-2023, 18:35
- İdman
“Avropa çempionatında hər oyun qızıla bərabərdir. Çünki bütün komandaların növbəti mərhələyə vəsiqə qazanmaq şansı var”.
Bunu “Report”a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı danışarkən deyib.
C qrupunda geridə qalan ilk üç turu dəyərləndirən 28 yaşlı oyunçu artıq qarşıdakı görüşlərə kökləndiklərin bildirib: “Avropa çempionatında üç oyun keçirmişik. Çexiya ilə görüş möhtəşəm olmuşdu. Almaniya ilə matçda bir seti qazansaq da, rəqib çox güclü idi. Türkiyə ilə qarşılaşmada isə bizdə heç nə alınmadı. Artıq bu oyunları unudub, qarşıdakı görüşlər barədə düşünməliyik. Çünki indi ən vacib məsələ Yunanıstan və İsveçlə qarşılaşmalara köklənməkdir. Bu rəqiblər də güclü komandalardır”.
Yelizaveta Ruban hədəflərinin qrupu üçüncü sırada tamamlamaq olduğunu söyləyib: “Qrupda üçüncü və ya dördüncü yeri tuta bilərik. Əlbəttə, üçüncü olmaq daha yaxşıdır. Çünki belə olan halda növbəti mərhələdə digər qrupun ikincisi ilə qarşılaşacağıq. Azarkeşlərin dəstəyini hiss edirik, yazılanları oxuyuruq. Onlara təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Yunanıstan, avqustun 23-də isə İsveçlə üz-üzə gələcək.