Elxan Məmmədov: "Azərbaycan millisinin AVRO-2024-də iştirakı çətin görünür"
"Təbii ki, Azərbaycan millisinin Avropa çempionatında iştirakı çətin görünür, amma inanıram ki, Türkiyə yığması Almaniyaya gedəcək".
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) Hesabat Seçki Konfransında iştirak edən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov deyib.
Funksioner "ay-ulduzlular"ı AVRO-2024-ün seçmə mərhələsində Latviya və Uelsə qalib gəlməsi münasibəti ilə təbrik edib.
Məmmədov İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb: "İstanbulda futbol bayramı yaşandı. Türkiyə ən gözəl və peşəkar finallara ev sahibliyi edə bildiyini göstərdi".
Qeyd edək ki, 2024-cü ildə Avropa çempionatının final mərhələsi Almaniyada təşkil olunacaq. "Mançester Siti" Çempionlar Liqasının finalında rəqibini 1:0 hesabı ilə üstələyib.